"Ukraynada baş verən hadisələrin Azərbaycana heç bir təsiri yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.
Onun sözlərinə görə, hər bir dövlətin özünün konkret inkişaf xüsusiyyətləri, mentaliteti və inkişaf tarixi var: "Burada baş verən hadisələr Ukraynanın spesifik inkişaf xüsusiyyəti ilə bağlıdır. Sovetlər İttifaqı zamanında da Ukraynada bir sıra problemlər olurdu".
Millət vəkili qeyd edib ki, Ukraynanın özünün siyasi-iqtisadi quruluş forması var: "Dünyanın bir sıra ölkələri Ukrayna ilə ticarət əlaqəsi qurmaqla yanaşı, investisya qoyuluşları da həyata keçirirlər. Burada baş verən hadisələr həmin dövlətlərlə eyni zamanda, Azərbaycanla heç bir əlaqəsi yoxdur və onların siyasi-iqtisadi həyatına təsir göstərmir. Hesab edirəm ki, Ukraynadakı hadisələr müvəqqəti hadisələrdir. Yaxın zamanlarda Ukrayna xalqı öz taleyini həll edəcək. Amma təbii ki, Azərbaycanın Ukrayna ilə yaxın dost və strateji münasibətləri var. Azərbaycan Ukrayna ilə münasibətlərinin stabil olmasının tərəfdardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB