Ötən il xarici investisyaların 46,8 faizi neft sektoruna yönəldilib
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120.5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2013-cü ildə müxtəlif ölkələrdən və onların firmalarından ölkəmizə 10,5 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olub və onun 46,8 faizi neft sektoruna yönəldilib.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının başa çatması nəticəsində ölkədə 471,0 min yeni, o cümlədən 358,2 min daimi iş yeri açılıb. Təkcə 2013-cü ildə 109,9 min yeni iş yerləri yaradılıb, onların da 83,0 mini daimi iş yerləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB