Kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artıb

Kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artıb

Yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 36,3 min ton diri çəkidə ət, 133,9 min ton süd, 123,5 milyon ədəd yumurta və 2837,3 ton tərəvəz istehsal edilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumat görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 11,1 faiz, tərəvəz istehsalı 10,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artıb.

Bununla yanaşı, yanvar ayında ölkənin tikinti kompleksində 660,9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6,3 faiz çox vəsaitdən istifadə edilib və onun 378,5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 444,5 milyon manatı yerli mənbələrdən daxil olub, 58,8 faizi (388.6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə