“İmişli Elektrik Şəbəkəsi”ndə təmir bərpa işləri aparılıb

“İmişli Elektrik Şəbəkəsi”ndə təmir bərpa işləri aparılıb

"İmişli Elektrik Şəbəkəsi"nin elektrik təsərrüfatında mühüm təmir-bərpa işləri aparılıb. Son bir ay ərzində isə 10 və 6 kV-lik "Vaqif", III, IV, VII "Şəhər", "Hərbi hissə", "Məzrəli" və bu kimi digər hava xətlərində həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı 4,1 kilometrə yaxın hissə əsaslı və cari təmir olunub. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qeyd olunan müddətdə rayonun Hacıbabalı, Qızılkənd, Şahverdili və digər kəndlərində olan 0,4 kV-lik xətlərin 5,5 km-ə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda 45-dən artıq transformatorda isə əsaslı və cari təmir işləri reallaşdırılıb.

Mənbədən daxil olan digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 145-dən artıq istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 264,3 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 15,9 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib. Onu da qeyd edək ki, ötən il ərzində isə burada 3265 qayda pozuntusu faktı aşkar edilərək aktlar tərtib olunub, 8 milyon 405,6 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 504,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 17 faizdən artıq hissəsinin ödənişi təmin edilən və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsbət dinamika müşahidə edilib. Belə ki, müəssisə üzrə cari ilin ilin yanvar ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 282 min kilovatsaat artaraq 23,3 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq bir faizdən çox artıb. Daimi əhali istehlakçı qrupunda isə 7,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 3,2 milyon kilovatsaat çoxdur.

Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artıb. Ötən il ərzində müəssisə üzrə ümumilikdə 209,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə 2012-ci illə müqayisədə istehlak 19,8 milyon kilovatsaat, ödəniş isə mütləq 4 faizdən çox artıb. Daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci illə müqayisədə 16,9 milyon kilovatsaata yaxın artaraq 65 milyon kilovatsaata yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə