İlham Şaban: "Azərbaycan qazının Ermənistana satılması fikri absurd səslənir”
"Azərbaycan qazının Ermənistana satılması texniki baxımdan mümkün deyil". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Azərbaycan qazı Gürcüstana iki xətlə daxil olur: "Bu Bakı-Tbilisi-Ərzurum və Hacıqabul-Qazax-Qardabani magistral qaz kəmərləridir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazı Türkiyəyə gedir. Bu qaz kəməri Gürcüstan ərazisindən keçdiyi üçün Gürcüstan 5 % həcmində tranzit haqqı alır. Dövlət Neft Şirkəti Gürcüstana gedən əsas qazı bu kəmər vasitəsilə ötürür. Qeyd edim ki, Qardabani paylayıcı şəbəkədir. Bu şəbəkə Gürcüstanın daxili bazarını təmin edir. Gürcüstanın Tbilisi şəhərini isə Qazaxıstan şirkəti qazla təmin edir".
İlham Şabanın sözlərinə görə, Rusiya Ermənistanı qazla və neftlə təmin edir: "Ermənistana gedən qaz kəməri Mazduk-Yerevan qaz kəməri vasitəsilə Gürcüstan üzərindən həyata keçirilir. Buradan belə çıxır ki, Azərbaycan qazı Ermənistana satıla bilməz. Çünki Rusiya Ermənistana qazı ucuz satır. Bundan başqa Ermənistanı İran da qazla təmin edir. Bu dövlətlər arasında imzalanan müqaviləyə əsasən, 2012-ci ilin mart ayından İran satdığı hər bir kubmetr qazın müqavilində 3 kilovat saat elektrik enerjisi alır. Beləliklə Azərbaycan qazının üçüncü dövlət vasitəsilə Ermənistana satılması fikri absurd səslənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB