Millət vəkili: "İranla Naxçıvan arasında dəmir yolu xəttinin çəkilişi mümkündür"
"Naxçıvanla İran arasında dəmir yolu xəttinin çəkilməsi üçün ciddi bir problem yoxdur". SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov belə deyib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın bütün neft-qaz kəmərləri, eyni zamanda dəmir yolu nəqliyyatı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxır: "Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsində məqsəd Avropanı Cənubi Asiya ilə birləşdirməkdən və bu xətlərlə daşınmalardan müəyyən vəsait əldə etməkdən ibarətdir. Azərbaycan buna nail olacaq və cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. İranla Naxçıvan arasında isə müəyyən sahələr üzrə münasibət qurulub və hazırda bu münasibətlər müsbət istiqamətdə inkişaf edir. Düşünürəm ki, Naxçıvanın bugünkü inkişafında Türkiyə ilə bərabər İranın da böyük rolu var. İranla Naxçıvan arasında dəmir yolu xəttinin çəkilməsi mümkündür. Lakin bunun reallaşması üçün iki tərəfin razılığı və dəmir yolunun çəkilməsi üçün lazım olan vəsaitin kim tərəfindən ödəniləcəyi aydınlaşdırılmalıdır. Bu layihənin reallaşmasında ciddi problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB