Vüqar Bayramov: "Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri yoxdur"

Vüqar Bayramov: "Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri yoxdur"

"Azərbaycan və Ukrayna Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrdir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropaya həm siyasi, həm də iqtisadi cəhətdən inteqrasiya edib: "Bütövlükdə MDB ölkələrinin Azərbaycanın ticarət balansındakı payı 20 faizə qədər azalıb. Ukrayna Azərbaycanın iqtisadi tərəfdaşı olsa belə əsas tərəfdaşları sırasına daxil deyil. Həmçinin, Ukrayna Azərbaycanın ticarət dövriyyəsində bir o qədər də böyük çəkiyə malik deyil. Azərbaycan iqtisadiyyatının təxminən 60 faizə yaxını Avropa Birliyi ölkələrinin payına düşür. Bu baxımdan, Azərbaycan iqtisadiyyatında MDB ölkələrinin payı azdır. Bu mənada, Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri yoxdur. Amma təbbi ki, Azərbaycanın Ukrayna ilə yaxın dost və strateji münasibətləri var. Azərbaycan və Ukrayna münasibətlərin stabil olmasına tərəfdardır".

Vüqar Bayramov onu da qeyd edib ki, Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələr son illər inkişaf edib: "Eyni zamanda, azərbaycanlı iş adamları Ukrayna iqtisadiyyatına investisiya qoyurlar. Ukraynadan Azərbaycana idxal olunan məhsulların həcmində artımlar da nəzərə çarpır".

Bütün xəbərlər Facebook səhifəmizdə