“Yaşıl çay” fermer təsərrüfatı Macarıstandan damazlıq heyvanlar gətirib FOTOLAR
Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda müəyyənləşdirilmiş tapşırıqların icrası ilə əlaqədar müasir texnologiyaların tətbiqinə əsaslanan infrastruktur sahələri, yeni istehsal müəssisələri yaradılır. Dövlətimiz ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün ardıcıl addımlar atır. Ötən il Nazirlər Kabinetinin ölkəyə gətirilən damazlıq heyvanların gömrük rüsumundan azad olunmasının daha 3 il uzadılması barədə qərarı da aqrar sahədə böyük canlanma yaradıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, aqrar sahəyə göstərilən diqqət və qayğıdan bəhrələn Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrüfatı MMC damazlıq düyələrin gətirliməsi ilə bağlı Macarıstanın HUNLAND şirkəti ilə bağladığı müqaviləyə əsasən bu günlərdə 35 baş boğaz düyə və 1 baş toxumluq dana gətirib.
Təsərrüfatın rəhbəri Araz Yağubov əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin "Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunmuş konfransda aqrar sahənin inkişafı ilə bağlı çıxışı təsərrüfatımzda həm çayçııq, həm də heyvandarığı daha da genişləndirməyə həvəsləndirib: "Bu diqqətdən faydalanaraq təsərrüfatımızda damazlıq heyvanlarıın artırılmasını da nəzərdə tutmuşuq. Bu günlərdə Macarıstan Respublikasından aldığımız düyələr və dana safqanlı olmaqla törəmə xəttini özündə əks etdirən pasport və sertifikatlara malik "Hereford" ətlik istiqamətli cavan heyvanlardır. Damazlıq heyvanların sayını artırmaqla gələcəkdə onları digər təsərrüfatlara satışını təşkil etmək istəyirik. Qeyd edək ki, uzun yola baxmayaraq heyvanlar yaxşı vəziyyətdə təsərrüfatımıza çatdırılıb. Sevindirici haldır ki, düyələrdən biri artıq balalayıb. Fermada heyvanların saxlanması üçün hər cür şərait yaradılıb. Rayon Baytarlıq idarəsi tərəfindən fermaya xüsusi baytar həkimi təhkim olunub".
Araz Yağubov söhbət zamanı onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova və bu işdə onlara yardımını əsirgəməyən digər əlaqədar təşkilatlara, ayrı-ayrı şəxslərə öz minnətdarlığını bildirib.
Əlavə edək ki, "Hereford" cinsli düyələrin çəkisi 500 kq yaxın, erkəklərin çəkisi isə 600-800 kq arasında olur. Heyvanlara qüzgün qulluq göstərildikdə gün ərzində 1,5-2,0 kq yaxın artım verir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB