Heydər Əsədov İsrailin KT və Kİ nazirliyində olub

Heydər Əsədov İsrailin KT və Kİ nazirliyində olub

İsraildə səfərdə olan kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Kənd Təsərrüfatı və Kəndin İnkişafı (KT və Kİ) Nazirliyində görüş keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik, tənzimləmə, kooperativlər, idarəetmə sistemi, aqrar sahəyə dövlət dəstəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzlə (CİNADCO) tanış olub. Mərkəzdə, Azərbaycanın kənd təsərrüfatı mütəxəssislərinin CİNADCO tərəfindən təşkil olunan təlim kurslarında iştirak imkanları, eləcə də Mərkəz tərəfindən ölkəmizin aqrar sahəsindəki prioritetlər üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Daha sonra nazir Heydər Əsədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının və İsrailin aqrar sənaye sahəsini təmsil edən nümayəndələr ilə görüşərək aqrar sahədə investisiya qoyuluşu barədə müqabil tərəflərlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfər çərçivəsində bu gün nazir Heydər Əsədovun İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə