2,8 milyard manatlıq məhsul istehsal olunub

2,8 milyard manatlıq məhsul istehsal olunub

Bu ilin yanvar ayında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil edib, tikinti materiallarının istehsalında daha çox artım müşahidə edilib.

Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə