"Bakıelektrikşəbəkə" işıqları kəsəcək BƏD XƏBƏR

"Bakıelektrikşəbəkə" işıqları kəsəcək BƏD XƏBƏR

"Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq". Bunu SİA-ya açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdeyib.

Onun sözlərinə görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ona ünvanlanan borclu abonentlərin çoxsaylı müraciətləri əsasında elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər edib: "Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı fevralın 21-də, saat 12:00-dan etibarən qeyd-şərtsiz dayandırılacaq. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılan abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verən şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" tərəfindən çox ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, qurum elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsini xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə