DBX: "Azərbaycanın bütün bölgələrində reydlər keçirilir"

DBX: "Azərbaycanın bütün bölgələrində reydlər keçirilir"

"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin fevralın 14-də keçirdiyi reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 9 ünvanında yaşayan Seyfəddin Novruzovun həyətində aşkar edilən 3 soyuducudan götürülən ət nümunələrinin müayinəsi başa çatdıqdan sonra çəkisi 3400 kq olan, müsadirə edilən heyvan əti akt əsasında Heyvanat Parkına təhvil verilib". Bunu SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, müsadirə edilən heyvan ətinin müayinələri Respublika Baytarlıq Laboratoriyasında aparılıb və məlum olub ki, götürülən nümunələr bakterioloji çirklənməyə məruz qalıb: "Eləcə də ətlərin baytarlıq-sanitariya cəhətdən yararsızlığı aşkar edilib. Nümunələrdə iti yoluxucu xəstəliklərin, o cümlədən qarayara xəstəliyinin olmadığı müəyyən olunub. Möhürlənərək sahibkarın həyətindəki soyuducularda saxlanılan qalan ətlərin zərərsizləşdirilməsi qərara alın".

DBX rəsmisi bildirib ki, hazırda Azərbaycanın bütün bölgələrində reydlər keçirilir: "Məqsədimiz qeyd olunan neqativ halların aşkar olunması, qidaya yarasız ətlərin zərərsizləşdirilməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə