Xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 2,6 faiz ucuzlaşıb
2014-cü ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2014-cü ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB