Türkiyənin "Türksat 4А" peyki orbitə buraxılıb

Türkiyənin "Türksat 4А" peyki orbitə buraxılıb

Türkiyənin "Türksat 4А" peyki Qazaxıstanın "Baykonur" kosmodromundan orbitə buraxılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, peykin buraxılması mərasimində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Elvan iştirak edib.

Havanın buludlu olması səbəbindən peykin orbitə buraxılmasını 15 saniyə izləmək mümkün olub. Mərasimdən sonra jurnalistlərə açıqlama verən Lütfi Elvan bildirib ki, peykin orbitə buraxılmasında heç bir problem yaşanmayıb.

Məlumat üçün bildirək ki, Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılan "Türksat 4А" peyki yanvarın 8-də Türkiyəyə təhvil verilib. Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə orbitə buraxılıb. 2012-ci il dekabrın 18-də Türkiyə Çinin "Jiquan" bazasından özünün ikinci "Göktürk-2" peykini buraxıb. Peykdən müdafiə məqsədləri üçün istifadə olunur.

Qeyd edək ki, 2016-cı ildə "Türksat 5A" peykinin buraxılışı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə