Eyyub Hüseynov: “Suni endirim edən mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir”

Eyyub Hüseynov: “Suni endirim edən mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir”

"Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır". Suni endirmlər bir sıra ölkələrdə o cümlədən, Azərbaycanda fəaliyyət göstərən mağazalarda var". Bunu SİA- ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, quruma daxil olan şikayətlər əsasında mağazalarda olan suni endirimlər müəyyənləşdirilir: "İstehlakçılar isə mağazalardakı suni endirmlərə inanır alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".

Bütün xəbərlər Facebook səhifəmizdə