Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştiraki ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ali təhsil və ya bu il məzun olacaq (yüksək qiymətlərlə), beynəlxalq layihələrdə iş təcrübəsi olan, sərbəst ingilis və ya digər xarici dilləri bilən, MS Office bilikləri olan, kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) [email protected] elektron poçt ünvanına göndərməyə dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB