İlham Şaban: “Azərbaycanla-Gürcüstan arasında olan ticarət əlaqələri genişlənir”

İlham Şaban: “Azərbaycanla-Gürcüstan arasında olan ticarət əlaqələri genişlənir”

"Azərbaycan Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban söyləyib.

Onun sözlərinə görə, iki dövlət arasında layihələr çoxdur və bu layihələrin icrası hər il daha da inkişaf edir.

Ekspertin fikrincə elə bunun nəticəsidir ki, bu iki dövlət bir sıra irimiqyaslı yeni layihələrə imza atıb. İlham Şaban bildirib ki, Gürcüstanla Azərbaycan arasında bir çox sektorlarda üzrə əlaqələr var: "Son illərdə isə maliyyə sektorunda iki ölkə arasında əlaqələrin yarandığını müşahidə edirik. Bu da ondan irəli gəlir ki, Azərbaycanla Gürcüstan arasında olan ticarət əlaqələri genişlənir. Hər iki ölkənin iqtisadiyyatının inkişafı üçün maliyyə resursları və onların aparılmasının subyektlər gərəkdir. Azərbaycanla Gürcüstan sözdə yox, əməldə tərəfdaşdırlar. Bu iki ölkə arasındakı layihələr illər boyu davam edəcək. Çünki, bu layihələr gələcəyə hesablanmış əsaslı layihələrdir. Gürcüstan ona böyük dividentlər qazandıracaq TANAP layihəsində iştirak edir. Eyni zamanda bu layihə ilə Gürcüstana verilən mavi yanacağın həcmi artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə