Dövlət Komitəsi Mingəçevirdə seminar keçirəcək

Dövlət Komitəsi Mingəçevirdə seminar keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Mingəçevir şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı növbəti seminar keçiriləcək. Komitədən SİA-ya verilən məlumata görə, seminarda Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Mingəçevir, Yevlax şəhərləri və Ağdaş rayonu üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, notariat orqanlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Seminarın təşkilində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı vətəndaşlar, dövlət qurumları və digər maraqlı tərəflər arasında hüquqi izahat işlərinin aparılmasıdır. Eyni zamanda, qeydiyyat prosedurları barədə ictimai maairfləndirmə, daşınmaz əmlakın qeydiyyatının iqtisadi aspektləri və sosial faydalarının açıqlanması da tədbirin məqsədlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə