Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin ümumi yığıncağı keçirilib

Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin ümumi yığıncağı keçirilib

İstanbulda Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin növbəti ümumi yığıncağı keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığıncaqda Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

Tədbirdə həmçinin vurğulanıb ki, Birliyinin fəaliyyətə başlamasından ötən dövr ərzində azərbaycanlı iş adamlarının qardaş ölkədəki fəaliyyəti daha da genişlənib, əməkdaşlıq üçün yeni imkanlar açılıb. Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinə azərbaycanlı sahibkarlar və müvafiq dövlət qurumları tərəfindən böyük önəm verildiyi, Birliyin hər iki ölkənin iş adamları arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığı qeyd edilib. ARDNŞ-in Türkiyə Nümayəndəliyinin direktoru Kənan Məmmədov Azərbaycan şirkətlərinin xarici ölkələrdəki fəaliyyətində Türkiyənin xüsusi yerinin olduğunu bildirib, Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndirilməsində, yeni investisiyaların təşviqində əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Ümumi yığıncaqda Birliyin yeni İdarə Heyəti və Nəzarət - Təftiş Komitəsinin tərkibi təsdiqlənib. ARDNŞ-in Türkiyə Nümayəndəliyinin direktoru Kənan Məmmədov səs çoxluğu ilə Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin yeni sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə