Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yapon mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. SİA-nın xəbərinə görə, "Azərbaycan- Yaponiya İKT seminarı"nda nazir Əli Abbasov, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, "NEC Corporation"-nin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno və digər rəsmi şəxslər iştirak edib.
İlk olaraq çıxış edən nazir Əli Abbasov qeyd edib ki, Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı NEC (Nippon Electric Company) korporasiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir: "Bugünkü seminar da iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır".
Nazir həmçinin deyib ki, Azərbaycan Yaponiya ilə innovativ məhsulların istehsalı, onların xarici bazarlara çıxarılması, o cümlədən peyk texnologiyası sahəsində əməkdaşlıq etmək niyyətindədir: "Bu gün Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı qurumu olan NEC (Nippon Electric Corporation) Korporasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno isə vurğulayıb ki, Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması üçün keçirilən tenderdə iştirak etmək məqsədilə telekommunikasiya və peyk sahəsində Korporasiyaya təkliflər paketi göndərib: "Hazırda Yaponiya hökuməti və NEC Korporasiyası bu təklifi nəzərdən keçirir. Azərbaycanın verdiyi bu imkan nəzərdən keçirildikdən sonra Yaponiya məsələ ilə bağlı son fikrini açıqlayacaq".
M. İkeno Azərbaycana planşet istehsalı sahəsində də kömək edə biləcəyini də deyib: "İlk öncə Azərbaycana bu məhsulun, həmçinin bizim çatdıracağımız məhsulun və ya xidmətlərin sizin cəmiyyətə necə töhfə verə biləcəyini nəzərə almalıyıq".
Qeyd edək ki, seminar NEC korporasiyasının təqdimatı, İKT sahəsində həllər, genişzolaqlı internetin inkişaf layihəsi, əsas şəbəkə sistemləri mövzularına həsr olunan sessiyalar üzrə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB