İKT sahəsində müstəqil tənzimləyici orqan yaradılır

İKT sahəsində müstəqil tənzimləyici orqan yaradılır

"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazir Əli Abbasov deyib.

Onun sözlərinə görə, işlərin nazirlikdəki ümumi islahatlar çərçivəsində həyata keçirilməsi planlaşdırılır: "Hazırda nazirlik yanında Tənzimləyici Departament fəaliyyət göstərir. Biz onun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən maksimum az asılı olmasını istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə