Yanvar ayında vergi daxilolmalarının həcmi artıb

8 min 622 vergi ödəyicisi qeydiyyata alınıb
Yanvar ayında vergi daxilolmalarının həcmi artıb

2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780 milyon 352,2 min manat təşkil edib. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu məbləğin 48,9 faizi mənfəət vergisinin, 21,2 faizi əlavə dəyər vergisinin, 8,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,1 faizi aksizlərin, 12,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330 milyon 880,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 626,8 min manat çoxdur.

Yanvar ayında respublika üzrə 8 min 622 vergi ödəyicisi qeydiyyata alınıb. 1 fevral 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 min 981 təşkil edir ki, bu da 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,4 faiz çoxdur.

2014-cü ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə