Dövlət Komitəsinə 3786 ərizə-şikayət daxil olub 218 vətəndaşın müraciəti dinlənilib

Dövlət Komitəsinə 3786 ərizə-şikayət daxil olub 218 vətəndaşın müraciəti dinlənilib

"2013-cü ildə torpaq məsələləri ilə əlaqədar 3786 ərizə-şikayətlərə, o cümlədən 769 təkrar müraciətlərə, 1300 xüsusi nəzarətə alınan şikayətlərə baxılıb və müvafiq tədbirlər görülüb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərinin göstərişi ilə respublikanın 9 regionu üzrə yerlərdə vətəndaşların qəbulu keçirilib və bu barədə hesabatlar təqdim edilib: "2013-cü il üzrə qəbul zamanı 1300-ə yaxın vətəndaşın torpaqla bağlı məsələlərinə aydınlıq gətirilib və bu məqsədlə 218 vətəndaşın müraciəti dinlənilib. Komitənin səlahiyyətlərinə aid işlər qəbul zamanı tapşırıqlarımla qısa müddətə icra olunub, digər təşkilatlara aid məsələlərlə bağlı isə aidiyyəti üzrə rəsmi məktublarım göndərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə