Qərib Məmmədov: "Ötən il 422 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib"
"2013-cü ildə respublikanın 18 rayonunun 76 inzibati ərazi dairəsi üzrə rayon elektron kadastr xəritələrinin tərtib edilməsi üçün planalma işləri həyata keçirilib və bundan 69 inzibati ərazi dairəsinin xəritələri təhvil verilib". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib ki, hesabat ilində 3 şəhər üzrə 15102 hektar sahədə torpaqların inventarizasiyası işləri, 2 rayon üzrə 20630 hektar sahədə təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə-axtarış işləri, 10 rayon üzrə 417895 hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işləri, 12 rayon üzrə 208764 hektar ərazidə geobotaniki tədqiqat işləri, 7 rayonda 107 obyekt üzrə torpaqların bonitirovkası və 20 rayonda 78 obyekt üzrə torpaqların iqtisadi qiymətləndirilməsi işləri, 50 rayon 2562 obyektdə torpaqların iqtisadi qiymətləndirilməsi üçün yeni mərhələnin başlanılması məqsədilə statistik məlumatların toplanılması işləri, torpaq, bitki və qurunt sularının kimyəvi təhlili məqsədilə 4 rayon üzrə torpaq tədqiqatı və 4 rayon üzrə geobotaniki tədqiqat işləri, 661 hektar (bundan 475 hektar otlaq sahəsi, 186 hektar karxana ərazisi) ərazidə torpaqların ekologiyası və rekultivasiyası layihələrinin hazırlanması işləri və 3 rayon üzrə 22167 hektar ərazidə isə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar yerquruluşu və torpaq tədqiqatı işləri həyata keçirilib.
Komitə sədri bildirib ki, ölkə rəhbərinin Fərmanı ilə təsdiq olunmuş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələbləri rəhbər tutularaq müfəttişlər tərəfindən "Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi" Qaydalarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib: "Belə ki, ötən il 422 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib ki, bundan 272 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 150 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, 15372,5 manat cərimə olunub, bundan 4065,5 manat ödənilib, 11307 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün müvafiq məhkəmələrə göndərilib. 422 hal fiziki şəxslər tərəfindən törədilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB