Komitə sədri: "2013-cü ildə 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilib"
"2013-cü il 31 dekabr vəziyyətinə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir: "Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilib. Hesabat ilində Azərbaycan Respublikasının Milli Məclisində dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilib. 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işlərinə başlanılıb və bundan 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılıb".
Ötən ildə vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların sənədləşdirilməsi məsələsinə aydınlıq gətirən komitə sərdi qeyd edib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün 38 yaşayış məntəqəsi üzrə 17674 vətəndaşın adına, 802 keçmiş təsərrüfat üzrə 2332 vətəndaşın adına və müxtəlif növlü təsərrüfat formalarına isə 26658 ədəd torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB