Mirkazım Kazımov: "Xalqın sosial rifah halının yüksəldilməsi Dövlət Proqramlarının əsas məqsədidir"
"Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları uğurla icra edilib". Bunu SİA-ya açıqlamasında YAP-Siyasi Şurasının üzvü, millət əvkili Mirkazım Kazımov deyib.
Onun sözlərinə görə, bu ilin sənaye ili elan olunması bölgələrdə sənayenin daha da inkişaf etdiriləcəyini söyləməyə əsas verir: "Belə ki, regionlarda sənaye inkişaf etdiriləcək və bir sıra sənaye zavodları açılacaq. Bununla da çoxlu iş yerləri açılacaq ki, bu da işsizliyin tamamilə aradan qaldırılması deməkdir. İş yerlərinin olması insanların sosial rifah halını daha da yüksəldəcək. Xalqın sosial rifah halının yüksəldilməsi Dövlət Proqramlarının əsas məqsədidir. Hazırda regionlarda əsas diqqət ölkə sənayesinin inkişafına yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB