"Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işçilərin ixtisarı prosesi davam edəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib.
R. Abdullayev bildirib ki, buna səbəb şirkətin işini müasir standartlara uyğun olaraq həyata keçirməsidir: "Şirkət müəssisələrini bu standartlara uyun olaraq qurduqca, müəyyən işçilərin ixtisara düşməsi baş verir. Hesab edirəm ki, bu da təbii qarşılanmalıdır".
Şirkətin SSRİ dövründən qalma quruluşlu olduğunu xatırladan R. Abdullayev bildirib ki, ARDNŞ-da mənzil istismar idarəsindən tutmuş, mədəniyyət evinə qədər bir çox idarələr olub. Amma istehsalat şirkətinin bu cür sahələrə sahib olmasını, hətta beynəlxalq auditor təşkilatları qəbul etmir. Odur ki, tabeliyimizdə olan müəssisələr üzrə təhlil aparılır. Bu işə başlamışıq və proses davam edəcək. Şirkətin mükəmməl beynəlxalq standartlarla işləməsi üçün müəyyən ixtisarlar aparılıb və mütəmadi olaraq aparılacaq".
İxtisar olunan işçilərə gəlincə R. Abdullayev əlavə edib ki, həmin işçilərlə bağlı Dövlət Neft Şirkətində böyük proqram həyata keçirilir: "Bu proqrama əsasən, ixtisara düşmüş işçilər bir il müddətində yeni peşə hazırlığı keçirlər. Proqram onların yeni işə imtahan verib, yeni peşə seçərək Dövlət Neft Şirkətinə yenidən qayıtmasını nəzərdə tutur. Bir sözlə, bu proqram sayəsində onların imkanları böyüyür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB