Elman Mehdiyev: "Fondun gəlirləri 8% artıb" STATİSTİKA

Elman Mehdiyev: "Fondun gəlirləri 8% artıb" STATİSTİKA

"2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilə nisbətən 8 faiz və ya 199,3 mln. manat, sosial sığorta gəlirləri isə 12,2 faiz və ya 173,2 mln. manat artıb". SİA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun 2013-cü ildəki fəaliyyətinin yekunlarını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, ötən il sosial sığorta daxilolmalarının 62,5 faizi və ya 997,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb: "Bu da əvvəlki ilə nisbətən 14,6 faiz çox olmaqla proqnozun 116 faiz icra edildiyini göstərir. Eyni zamanda fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artıb".

Fond sədri bildirib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub: "Bu isə öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib".

Bütün xəbərlər Facebook səhifəmizdə