Məlahət İbrahimqızı: “Azərbaycan nəinki bölgədə, eləcə də MDB məkanında və Avropada lider ölkələrdən olacaq”
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının hər ikisi, eyni zamanda bu sahə üzrə hazırlanan layihələr sürətlə həyata keçirilib və uğurlu nəticələr əldə edilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, son on ildə Azərbaycan sənayesinin inkişafı ilə bağlı bir sıra işlər görülüb: "Bu ilin sənaye ili elan olunması və sənaye sahəsindəki inkişaf göstərir ki, artıq Azərbaycanın büdcəsi neftdən asılılıqdan xilas olub. Qeyri-neft sektoru inkişaf etdirilib və bu sahəni daha da şaxələndirmək nəzərdə tutulur. Azərbaycanın enerji təchizatı ilə bağlı da heç bir problemi qalmayıb. Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin tam təmin olunması sahəsində də bir sıra işlər görülür. Bu əsas istiqamət kimi nəzərdə tutulub".
Məlahət İbrahimqızı qeyd edib ki, yaxın zamanda Şəmkirdə 500 mindən artıq işçinin çalışa biləcəyi texnoparkın istifadəyə verilməsi gözlənilir: "Təkcə Şəmkirdə deyil, eyni zamanda Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində də sənaye sahələri müxtəlif istiqamətlər üzrə inkişaf etdirilir. Sənaye ilə bağlı bir sıra böyük layihələr nəzərdə tutulub və layihələr ardıcıllıqla həyata keçirilir. Gələcəkdə Azərbaycan nəinki bölgədə, eləcə də MDB məkanında və Avropada lider ölkələrdən olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB