Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "QHT-lərin İdarəetmə Akademiyası"nın Qış Sessiyasına start verib.
Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, 7 fevral 2014-cü il tarixindən start götürən akademiyanın qış sessiyası 9 fevral 2014-cü il tarixinə qədər Oğuz rayonunda keçiriləcək. Akademiyanın qış sessiyası çərçivəsində Bakı şəhəri ilə yanaşı 9 regiondan (Astara, Gəncə, Bərdə, Quba, Lənkəran, Beyləqan, Sumqayıt, İsmayıllı) 45 gənc iştirak edir.
Qeyd edək ki, QİDA akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB