Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib

Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib

Türkiyədə internetə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsinin tezliklə prezident tərəfindən imzalanacağı gözlənilir. SİA- türk mətbuatına istinadən xəbər verir ki, bu qanuna etiraz edən bir qurup aksiyaçı Taksim meydanına toplaşıb.

İstanbulun Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib. Etirazçılar asayiş keşikçilərinə daş və fişəng atıb, polis isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Qeyd edəki ki, bir qrup hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır.

Bütün xəbərlər Facebook səhifəmizdə