“Azərbaycan regionları yeni inkişaf mərhələsində"

“Azərbaycan regionları yeni inkişaf mərhələsində"

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə tədbir keçirilib. "Azərbaycan regionları yeni inkişaf mərhələsində" mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib.
Tədbirdə regionların inkişafı siyasətinin qarşıdakı illərdə də davam etdiriləcəyi diqqətə çatıdırlıb.

Bildirilib ki, 2014-2018-ci illəri əhatə edəcək yeni "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların inkişafında yeni mərhələ olacaq. Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə