"Azərspace-2" peyki ilə bağlı 10 xarici şirkətə təkliflər göndərilib

"Azərspace-2" peyki ilə bağlı 10 xarici şirkətə təkliflər göndərilib

" "Azərspace-2" telekamunokasiya peykinin orbitə buraxılması ilə bağlı artıq qapalı tender elan olunub. Qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib. Hesab edirəm ki, tender bir neçə ay ərzində bitəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, iki aydan sonra tender layihəsində qalib olan şirkətlə müqavilənin imzalanma prossesinə başlanacaq: "Təxminən avqust ayında imzalanma olacaq. 3 il müddətinə isə ikinci peykimiz orbitə buraxılacaq".

O həmçinin rəqəmsal yayımla bağlı fikirlərini də bildirib: "Vətəndaşlar rəqəmsal yayıma keçidə böyük maraq göstərirlər. Ona görə də təxminən 25-40 manat arasında olan dekoderləri sakinlər özləri alır. Bu prosses sürətlə gedir. Çünki 11 proqram sosial proqram kimi ödənişsiz yayımlanır. Bir neçə şirkət isə kommersiya fəaliyyəti ilə yüzə yaxın yeni kanallar efirə çıxarıblar. Biz bir müddət gözləyəcəyik. Yenidən analiz aparılacaq. Aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsi ilə bağlı təkliflər hazırlanıb. Ola bilsin ki, belə qərar yaxın vaxtlarda qəbul olunacaq. Bu onunla əlaqədardı ki, hələlik analoq yayımı dayandırmamışıq. Ona görə ki, ucqar yerlərdə dekodersiz kanalları izləmək mümkün olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə