" "Azərspace-1" peyki bu ildən başlayaraq kreditləri özü ödəyəcək"
""Azərspace-1" ilk süni telekomunikasiya peyki bu ildən başlayaraq kreditləri özü ödəyəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnalogiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, ötən il "Azərspace-1" üç ay gec fəaliyyətə başlayıb: "Bu da peykin orbitə çıxarılmasında müəyyən problemlərin yaranması ilə bağlı idi. Altı ay ərzində təxminən 10 milyon ABŞ dollar məbləğində gəlir əldə edib. Bunun da 95%-i ixrac olunan resursların payına düşür. ABŞ-nın "Exim Bank"ına olan 17 milyon dollar borcumuzun 7 milyonunu Maliyyə Nazirliyi, 10 milyonu isə "Azərspace-1" öz qazancları hesabına ödənilib. Artıq bu ildən başlayaraq kreditləri özü bağlaya biləcək. Bununlada tam mədaxil əldə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB