Gürcüstanda “SOCAR” brendi altında daha bir yanacaqdoldurma kompleksi istifadəyə verilib
Bu gün Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərəcək sayca 106-cı yanacaqdoldurma, 13-cü qazpaylayıcı stansiya kompleksinin açılış mərasimi olub. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, yeni, müasir standartlara cavab verən kompleks Tbilisinin Saradjişvili prospekti ilə Didi Diqomi yolunun kəsişməsində yerləşir. Burada alıcılara müxtəlif tip yanacaq və təbii qaz təklif olunacaq. Yanacaqdoldurma kompleksində dünyanın aparıcı brendlərindən sayılan ''Galileo''nun kompressor və qazpaylayıcı kolonkası quraşdırılıb ki, bu da avtomobilləri yüksək texnologiyalı, ekoloji təmiz təbii qazla təchiz etməyə imkan verəcək. Kompleksdə bütün sutka ərzində işləyən kafe-market, habelə avtomobil sahiblərinə müxtəlif əlavə xidmətlər göstərən xüsusi servis-bloklar da yaradılıb. Yeni kompleksdə 23 nəfər işlə təmin olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB