Heydər Əsədov Avropa Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Heydər Əsədov Avropa Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Avropa Nümayəndəliyinin Rəhbəri Kazimiras Lukauskas ilə Nazirlikdə görüş keçirib. Nazrliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Kənd Təsərrüfatı Nazirliyi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı arasında əmədaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan atçılıq yarışları ilə bağlı baytarlıq baxımından təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüşdə zamanı, həmçinin baytarlıq üzrə milli qanunvericiliyin təkmilləşdiriməsi sahasində Təşkilat tərəfindən texniki dəstəyin göstərilməsi və heyvanların identifikasiya sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatı heyvanların sağlamlığı sahəsində ixtisaslaşan beynəlxalq hökumətlərarası təşkilatdır və 178 ölkə təşkilatın üzvüdür. Azərbaycan bu təşkilata 1995-ci ildə üzv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə