Vahid Əhmədov: “Korupsiyaya qarşı mübarizə iqtisadiyyatın inkişafı üçün vacibdir”

Vahid Əhmədov: “Korupsiyaya qarşı mübarizə iqtisadiyyatın inkişafı üçün vacibdir”

"Regionların sosial-iqtisadi inkişafı üzrə keçirilən konfransda bütün məsələlərə aydınlıq gətirildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu illər ərzində həyata keçirilən işlər qiymətləndirildi və müəyyən tapşırıqlar verildi: "Hazırda regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramı hazırlanır. Bu proqramda bir sıra məsələrin öz həllini tapacağı gözlənilir. Ölkə başçısı İlham Əliyev bu konfransda korupsiya və rüşvətxorluqla əlaqədar məsələlərə də toxunub. Dövlət başçısı bununla bağlı bir daha bütün məmurlara xəbərdarlıq edib. Belə ki, Azərbaycan iqtisadiyyatının inkişafı, vətəndaş cəmiyyətinin düzgün qurulması üçün bu çox önəmlidir".

Vahid Əhmədov onu da qeyd edib ki, kənd təssərüfatı ilə əlaqədar məsələrə nəzər salan ölkə başçısı İlham Əliyev kənd təsərrüfatına xüsusi ideyaların verilməsi, yardımların göstərilməsi və bu sahədə olan çatışmazlıqlara toxunub: "Belə konfransların keçirilməsi çox böyük əhəmiyyət daşıyır və olduqca vacibdir. Bir sözlə, bu konfrans çox dəyərlidir və bu konfransı olduqca yüksək qiymətləndirirəm deyə millət vəkili bildirib"

Bütün xəbərlər Facebook səhifəmizdə