Məlahət İbrahimqızı: “Həyata keçirilən dövlət proqramları nəticəsində regionların siması dəyişib”
"Regionların sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən konfransda bir çox aktiv məsələlərə toxunulub". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Prezidentimiz İlham Əliyev bu illər ərzində həyata keçirilən Dövlət Proqramlarını dəqiqliyi ilə təhlil etdi və bu proqramların yekunlarını qiymətləndirərək bir sıra göstərişlər verdi: "Deməliyəm ki, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramlarında Azərbaycan öz simasını dəyişib və uğurlu naliyyətlər əldə edib. Bu gün Azərbaycan Avropanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmizin rəqabətədözümlü olması onu dünyanın 39 ölkəsindən biri edir. Bu inkişaf təkcə ölkəmizdə deyil, bütün dünya səviyyəsində səsləndirilir".
Məlahət İbrahimqızı onu da qeyd edib ki, Azərbaycanda yoxsulluğun səviyyəsi hər il aşağı düşür: "Həyata keçirilən dövlət proqramları və layihələr, ölkəmizi sürətlə inkişaf etdiyinin göstəricisidir. Azərbaycan artq bu gün neftdən asılı olan bir ölkə deyil. Çünki Azərbaycanda qeyri-neft sektoru inkişaf edib. Bu proqramlar sayəsində insanların sosial-rifah halı yüksəlib. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB