Nazir Qətər dövlətinin investisiya qurumunun nümayəndələri ilə görüşüb
Bu gün Kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər dövlətinin investisiya qurumu "Qətər-Holdinq"in nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşün məqsədi Holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarının araşdırılması olub.
Heydər Əsədov qonaqları salamlayaraq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən nazir Heydər Əsədov meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib.
Holdinqin biznes inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam səmimi qəbula görə təşəkkürünü bildirib. Kənd təsərrüfatının Azərbaycan iqtisadiyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşuna maraqlı olduqlarnı qeyd edərək bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub.
Görüşdə Qətər dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Əl-Tani iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB