1166,8 ton kvotaya qarşı 793,8 ton balıq ovlanıb

1166,8 ton kvotaya qarşı 793,8 ton balıq ovlanıb

Azərbaycanda keçən il 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1 166,8 ton kvotaya qarşı 793,8 ton (68%) balıq ovlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, dəniz məhsulları balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq əldə olunub.

Məlumata görə, ovlanmış balığın 206 tonu kilkə, 150 tonu siyənək, 125 tonu kefal, 117 tonu kütüm, 72 tonu külmə, 59 tonu çapaq balıqları, qalanı isə digər balıq növlərinin payına düşüb. Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə