Qərib Məmmədov Qax rayonunda vətəndaşların qəbulunu keçirəcək

Qərib Məmmədov Qax rayonunda vətəndaşların qəbulunu keçirəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov cari ilin 7 fevral tarixində Qax rayonunda ətraf bölgələrdə əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Qax rayonunun sakinləri ilə yanaşı Zaqatala, Balakən, Şəki və Oğuz rayonunun vətəndaşları da iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə