Bakı Metropoliteni hazırda yenidən qurulan "28 May" stansiyasında təmir işlərini davam etdirir. Metropolitendən SİA-ya verilən xəbərə görə, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda vestibülün mərmər-qranit təbəqəsi döşənir. Eyni zamanda elektrik sistemləri üzərində də iş gedir. Bu mərhələdən sonra avadanlıqların quraşdırılmasına başlanacaq. Metro stansiyasında tikinti işlərinin Novruz bayramına qədər yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, stansiyada tələbat nəzərə alınaraq, 10 keçid aparatı qoyulacaq. Yaxın vaxtlarda isə metro stansiyasının tavanının işıqlandırması işləri bitəcək. Bundan sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB