Vahid Əhmədov: “Pensiya fondu yaradılmalıdır”

Vahid Əhmədov: “Pensiya fondu yaradılmalıdır”

"Azərbaycanda pensiya siyasəti uğurla həyata keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, pensiyanın sığorta hissəsini və baza hissəsini müəyyən etməklə, əslində böyük işlər görülür: "Pensiyanın baza hissəsi əsas olduğu kimi sığorta hissəsi də bir o qədər vacibdir. Sığorta hissəsi ona görə vacibdir ki, pensiyaya çıxan zaman əsas məbləğdə artım olur. Pensiyaların verilməsində, vaxtında çatdırılmasında problem yaşanmır. Bu sahədə şəfaflıq qorunub saxlanılır. Pensiya iki hissəyə baza və sığorta hissəsinə bölünür və sığorta hissəsi daim təmin olunur. Ayrılan vəsaitin çox hissəsi pensiyaların sığorta olunmasına sərf olunur".

Vahid Əhmədov onu da qeyd edib ki, Azərbaycanda pensiya fondu Dövlət Sosial Müdafiə Fondunun tərkibində fəaliyyət göstərir: "Milli Məclisdə müzakirəyə çıxarmışıq ki, ayrıca pensiya fondu yaradılsın. Hətta özəl pensiya fonduda yaradıla bilər və bu zaman insanların seçim imkanı daha geniş olar".

Bütün xəbərlər Facebook səhifəmizdə