Adambaşına düşən pensiya miqdarına görə
Azərbaycan Qafqazda liderdir

2000-ci ildən Azərbaycanda pensiya islahatları keçirilməyə başlanılıb. Bunun davamı olaraq, 2006-cı ildən pensiya islahatlarında kifayət qədər ciddi dəyişikliklər edilib. Pensiya məbləğinin yenidən hesablanması ilə bağlı 2011 ci ildən etibarən ölkə prezidenti İlham Əiyevin xüsusi qərarı olub. Hazırda pensiya məbləğinin müəyyənləşdirilməsində yeni sistem tətbiq edilməyə başlanılır ki, bu da daha çox işləyən vətəndaşın daha çox pensiya alması ilə nəticələnir. Belə ki, 2012 ci il yanvar ayında dövlət tərəfindən pensiyaların verilməsinə 1 milyard 833 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illərlə müqayisədə 20,3% çoxdur. Belə ki, büdcədən ayrılan vəsaitlərin 90% pensiyaların verilməsinə xərclənir. Həm 2012-ci ilin həm də, 2013-cü ilin dövlət büdcəsində pensiyaların verilməsi üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Azərbaycanda həyata keçirilən pensiya islahatları yalnız pensiyaların hesablanması qaydasını dəyişmədi. Eyni zamanda, vətəndaşların pensiya məbləğlərinin reqistrasiya olunmasına imkan verir ki, istehlak qiymətinin dəyişməsindən asılı olaraq vətəndaşlar sığortalana bilsin. Qeyd edim ki, Dövlət Sosial Müdafiə Fondunda müşahidə edilən artımlar daha çox vəsaitin sosial istiqamətə yönəlməsinə imkan verir. Son illər aparılan islahatları qiymətləndirsək görərik ki, dəyərli islahatlardan biri pensiyaların hesablanama qaydasının dəyişməsi olub. Bu da vətəndaşlara daha çox pensiya verilməsinə səbəb olub. Pensiyaların verilməsi və hesabalanması Avropa eləcə də, beynəlxaq standartlar uyğunlaşdırılıb. Pensiya islahatlarına məhz əmək fəaliyyətinə uyğun olaraq hesablanır. Burada daha çox əmək haqqı daha çox pensiya prinsipi tətbiq olunur. Buna əsasən 2013-cü ildə pensiya məbləğlərinin artırılması nəzərdə tutulub və artırılıb. Region dövlətləri ilə müqayisədə adambaşına düşən pensiya miqdarına görə Azərbaycan Qafqazda birinci yeri tutur. Beynəlxalq təşkilatların qiymətləndirilmələrinə əsasən Azərbaycan MDB ölkələri arasında ilk 3 – yə daxildir. Belə ki, Azərbaycanda pensiyaların məbləği 200 dollara yaxınlaşır. Bu isə MDB ölkələri arasında Azərbaycanın ilk yerlərdən birini tutmağa imkan verir. Azərbaycanda kişilərin pensiyaya çıxma yaşı 63 yaş, qadınlar üçün 59 yaş götürülüb. Məcburi sosial sığorta haqları sahəsində isə dəyişiklik yoxdur. İşə götürənlər üçün bu, 22 faiz, işləyənlər üçün isə 3 faizdir. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 42,5%-ə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə