ƏƏSMN: "Azərbaycanda işləyənlərin yalnız 33,3 faizinin əmək müqaviləsi var"

ƏƏSMN: "Azərbaycanda işləyənlərin yalnız 33,3 faizinin əmək müqaviləsi var"

"Hazırda Azərbaycanda 4 milyon 517 minə yaxın insan iqtisadiyyatla məşğul olur. Bunun da 33,3%- i, yəni 1 milyon 506 mini muzdla-əmək müqaviləsi ilə işləyən şəxslərdir". SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda da digər ölkələrdə olduğu kimi qeyri-leqal fealiyyət göstərmə halları mövcuddur: "Qeyri-leqal əmək fəaliyyəti əsasən tikinti, ictimai iaşə, nəqliyyat, ticarət sahələrində baş verir. Bu da onunla əlaqədardır ki, həmin sahələrdə əmək müqaviləsinin dövrülüyü azdır və işçilərin hərəkəti intensivdir. Bunu izləmək bir qədər çətindir. Bu səbəbdən də qeyri-leqal fəaliyyətdə əmək müqaviləsindən yayılma halları mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya yarandıqdan sonra bu sahələrdə də əmək müqavilənin bağlanması göstəricisi yüksələcək və qeyri-leqal fəaliyyətin qarşısını alınması istiqmaətində ciddi addımlar atılacaq. Bu sistemin istifadə verilməsində əsas məqsəd də məhz bundan ibarətdir ki, bizim işçilərimiz əmək müqaviləsi olmadan fəaliyyət göstərməsinlər, öz hüquqlarını bilsinlər və tələb etsinlər".

İdris İsayev bildirib ki, qeyri-leqal fəaliyyət göstərənlərin dəqiq sayı barədə nazirlik tərəfindən müvafiq təhlillər aparılır: "Təhlillərin nəticəsindən asılı olaraq bu barədə açıqlama veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə