İlham Şaban: “Azərbaycanın Türkiyədəki müxtəlif layihələrinin həcmi 17-20 milyard dollara çatacaq”
"Azərbaycan bir sıra investisiya qoyuluşları həyata keçirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban söyləyib.
Onun sözlərinə görə, Azərbaycan daha çox Türkiyədə investisiya qoyuluşları həyata keçirib: "Türkiyədəki yatırımlar 2 milyardı keçib. İnvestisya qoyuluşlarına görə, Gürcüstan ikinci ölkə olaraq qalır. Buradakı yatırımlar 1 milyard dolları ötməkdədir. 3-cü yerdə isə investisyaların həcminə görə İsveçrədir. Bu ölkəyə qoyulan investisyaların həcmi 400 milyon dollara yaxındır".
İlham Şaban onuda qeyd edib ki, Azərbaycanın iri layihələri əsasən neft və qazla bağlıdır: "Bunların bir hissəsi demək olar ki, Türkiyə üzərində cəmləşib. Bu iri layihələrdən biri də TANAP layihəsidir. Bu layihə daim inkişaf edir və hər 3-4 ildən bir bu layihənin genişlənəcəyi gözlənilir. Bu isə yatırımlar tələb edir. Bundan əlavə İzmirdə qiyməti 1 milyarda yaxın olan enerji layihəsi nəzərdə tutulub. Həmçinin təbii qaz paylama sistemləri və Türkiyənin daxil bazarında neft məhsullarının paylanması ilə bağlı layihələrdir. Artıq onların bir qismi həyata keçirilir. 2020-ci ilə qədər hesab edilir ki, Azərbaycanın Türkiyədəki müxtəlif layihələrinin həcmi 17-20 milyard dollara çatacaq. Bu çox böyük yatırımlardır. 2018-ci ilə kimi Dövlət Neft Şirkətinin gəlirinin 75% Azərbaycan sərhədlərindən kənarda formalaşacaq və bu gəlir ölkəmizə sərf olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB