Osman Gündüz: “İnternet istifadəçilərinin təxminən 50 % qədəri genişzolaqlı internet istifadəçisidir”
"Azərbaycanda 75% -ə qədər internet istifadəçisi var". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, bu internet istifadəçilərinin təqribən 50 % qədər genişzolaqlı internet istifadəçisidir: "Mobil texnologiyalardan və cihazlardan istifadə edərək intenetə qoşulanlarda bu siyahıya daxildir. Azərbaycanda sosial mediadan həmçinin, sosial şəbəkələrdən azad istifadə edirlər. Lakin internetin azad olmasına baxmayaraq, müəyyən problemlərdə qalmaqdadır. İnternetin qiyməti MDB məkanında ucuz olsada digər ölkələrlə müqayisədə bahadır. Bundan başqa, internetin keyfiyyəti və surətinə problemlər az da olsa var".
Osman Gündüz daha sonra qeyd edib ki, ötən 2-3 il ərzində internet qiymətlərinin aşağı salınması internetin kütləvi olaraq yayılmasına kömək olub:" Eyni zamanda, rayonlarda genişzolaqlı internetə ehtiyac var. Belə ki, regionların rayon mərkəzlərində geniş zolaqlı internet xətləri olsa da, rayonların bir çox kəndlərində internet xətləri mövcud deyil. Kəndlərdə internetlə bağlı problem hələ də qalır. Bu məsələ regionlarda olan köhnə infrastrukturla bağlıdır. Bu ilki Dövlət Proqramına əsasən böyük vəsait ayrılıb ki, regionlarda bu problem həll olunsun. Bu proqramın uğurla həyata keçiriləcəyi gözlənilir. Beləliklə, Azərbaycan genişzolaqlı internet isrifadəçilərinin sayına görə lider olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB