“Pensiya +” layihəsinin iştirakçıları faizsiz krediti 3 ay ərzində qaytar biləcək ŞAD XƏBƏR
"Bankla apardığımız danışıqlara əsasən "Pensiya +" layihəsinin iştirakçılarının istifadə etdiyi faizsiz krediti pensiyaçılarımız bir dəfəyə deyil, 3 ay ərzində hissə-hissə qaytarılacaq. Bu onların rifah halının normal qaydada davam etməsinə şərait yaradacaq. Düşünürəm ki, pensiya alanların bu məlumatı bilməsi vacibdir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
Fond sədrinin sözlərinə görə, layihəyə fevralın 1-dən start verilib və Beynəlxalq bankın müştərisi olan hər bir pensiyaçı bankın şöbələrinə yaxınlaşmaqla bankla müqavilə imzalayıb layihənin iştirakçısı ola bilər: "Pensiyaçılar ilkin olaraq 100 manat, daha sonra isə pensiyanın öz həcmindən çox olmamaq şərti ilə maksimum faizsiz kreditdən istifadə də bilər".
"Hazırda layihə Bakı şəhərində keçirilir. İlk olaraq bankın xidmət göstərdiyi alqı-satqı, əczaçılıq və s. müəssisələrin bu xidmətə cəlb olunmasına nail olmuşuq. Hər şey burada bankın müştəri siyahısından asılıdır. Bank öz mənfəətini müştərilərindən götürəcək, pensiyaçılar isə faizsiz kreditdən istifadə edəcək" - deyə, Elman Mehdiyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB