Sevgililər günü münasibətilə “Excelsior Hotel Baku” otelində xüsusi əyləncəli proqram keçiriləcək

Sevgililər günü münasibətilə “Excelsior Hotel Baku” otelində xüsusi əyləncəli proqram keçiriləcək

14 fevral 2014-cü il tarixində "Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında sevgililər gününə həsr olunan xüsusi əyləncəli proqram keçiriləcək. Qonaqlar üçün maraqlı sürprizlər nəzərdə tutulan olan proqram, saat 20:00-da başlayaraq 24:00-a qədər davam edəcək. Proqrama canlı musiqi, 4 növ (course) yemək, limitsiz içkilər, çay və qəhvə daxildir.

Xüsusi proqramda bir nəfər üçün iştirak qiyməti 49 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 012 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv etmək mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" "AtaHolding" Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə