Azərbaycanın enerji layihələrinə həsr edilən jurnal çap olunub
Argentinanın beynəlxalq ticarət üzrə ixtisaslaşmış "Megatrade" jurnalı özünün 2014-cü il yanvar ayı buraxılışında enerji rubrikasını bütövlükdə Azərbaycanın enerji layihələrinə həsr edilib. SİA-nın məlumatına görə, həmin rubrikada dərc edilmiş "Əsrin yeni müqaviləsi: Xəzərin Şahdəniz-2 yatağından qazın Avropaya nəqli" adlı məqaləsi Xəzərin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının işlədilməsinin ikinci mərhələsinə dair imzalanmış yekun investisiya sazişi, Şahdəniz-2, TANAP və TAP layihələri, bu layihələrin Azərbaycanın inkişafı və həmin layihələrə cəlb olunmuş ölkələr arasındakı əməkdaşlığa verəcəyi töhfələrdən bəhs edir. Məqalədə bu layihələrin geosiyasi və geoqitisadi əhəmiyyəti, habelə Avropaya qaz təchizatı mənbələrinin şaxələndirilməsindəki faydasından da danışılır.
Jurnalın enerji rubrikasında habelə, səfir M.Əhmədzadənin cari ilin 15 yanvar tarixində Argentinanın "El Cronista" qəzetində dərc edilmiş və digər KİV-lərdə də yayılmış "Azərbaycan Avropanın enerji xəritəsini dəyişir" adlı məqaləsi də yer alıb.
Həmçinin, rubrikada Şahdəniz-2, TAP və TANAP layihələri barədə texniki göstəricilər, onların həyata keçirilməsi çərçivəsində görüləcək işlər barədə məlumatlar, müvafiq xəritə və şəkillər də əks olunub
Jurnaldakı müvafiq yazılarla buradan tanış olmaq mümkündür:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB